"Roskosmos" rəhbərinin müşaviri İvan Safronov pul müqabilində Qərb ölkələrinin kəşfiyyat orqanlarından birinə məlumat ötürdüyünə görə 22 il həbs cəzası alıb.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda deyib.

"Mən bilirəm ki, o, təkcə jurnalist deyil, həm də "Roskosmos" rəhbərinin müşaviri olub və təkcə jurnalist fəaliyyəti ilə deyil, müvafiq materialları toplayıb Qərb ölkələrindən birinə təhvil verməklə pul qazanıb", - Putin bildirib.

Onun sözlərinə görə, əks-kəşfiyyat bir neçə il Safronovu izləyib, qapalı, məxfi məlumatlara görə ona pul ödəyənlərlə "onun rabitə kanallarında oturub".

"Mən hər şeyi qeydə almışam, istintaq hərəkətləri zamanı təkcə onu deyil, istifadə etdiyi rabitə vasitələrini də həbs etmişəm. Məhkəmə bunu sübuta yetirib və müvafiq məhkəmə qərarı qəbul edib", - deyə prezident əlavə edib.

Qeyd edək ki, sentyabrın 5-də Moskva Şəhər Məhkəməsi Safronovu dövlətə xəyanət işi üzrə ciddi rejimli koloniyada 22 il müddətinə azadlıqdan məhrum edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN