İraqın Hillə şəhərində içərisində iranlı zəvvarlar olan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb. Məlumata görə, zəvvarları Nəcəf şəhərinə aparan mikroavtobus qəzaya uğrayaraq aşıb. Həlak olanların cəsədləri İrana göndəriləcək.

Yaralanan 14 nəfər isə xəstəxanaya çatdırılıb. Yüngül xəsarət alan 4 nəfər xəstəxanadan buraxılıb. Qalan 10 nəfərin müalicəsi isə davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN