Nəhayət, deyilənlər təsdiqini tapdı...

Belə ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Xarkov vilayətinin şimalında Rusiya ilə sərhədə qədər irəliləməyə nail olublar. Tezadlar.az "Azadlıq radiosu"na istinadla  xəbər verir ki, “Xartiya” könüllü dəstəsinin komandiri Vsevolod Kojemyakonun UKraynanın Rusiya Federasiyası ilə sərhəd keçid məntəqələrindən birinə bayraq sancmasını əks etdirən görüntülər yayılıb. Qeyd edək ki, bu səhər ukraynalı hərbçilərin Rusiya ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Xarkov vilayətinin Kazaçya Lopan kəndinə daxil olduqları bildirilmişdir. Bundan başqa, Rusiya tərəfi Ukraynanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində “referendum”ların təşkili tarixini sentyabrın 11-dən noyabrın 4-nə keçirib.

Şiddətli döyüşlər davam edir. Rusiya ordusu psixoloji sarsıntı içindədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN