Donetsk vilayətindəki Ukrayna Müdafiə Qüvvələri Svyatogorsk şəhərinə daxil olub və ərazidə təmizlik işləri aparır.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, onlar Ukrayna Silahlı Qüvvələrinin və Ukraynanın Milli  Qəhrəmanı Serhi Kulçitski adına Milli Dövlət Universitetinin əməliyyat batalyonunun döyüşçüləridir. Baş Qərargahdan və Müdafiə Nazirliyindən hələlik rəsmi məlumat yoxdur. Sosial şəbəkələrdə isə şəhər şurasının eyvanında qaldırılmış Ukrayna bayrağının, eləcə də Milli Qvardiyanın döyüşçüsü Vitali Markivin fotosu və “Svyatogorskdayıq” yazısı yayılıb.
Xatırladaq ki, Donetsk vilayətinin Svyatogorsk şəhəri ruslar tərəfindən işğal edilib, lakin Severski Donets çayının o biri sahilində yerləşən Svyatogorsk Lavra Ukrayna qüvvələrinin nəzarəti altında olub.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN