Ermənistanla Azərbaycan arasında dövlət sərhədində gərginliyin artması ilə əlaqədar İrəvan ATƏT-in Daimi Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

“Ermənistan tərəfinin təşəbbüsü ilə bu gün saat 19:00-da (İrəvan vaxtı ilə) ATƏT-in Daimi Şurasının xüsusi iclası keçiriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb.

Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) - 1975-ci ildə yaradılıb. 

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı.

Lakin 28 il ərzində bu qrupun fəaliyyəti heç bir səmərə verməmiş və əksinə, məsələ uzanmışdır. Azərbaycan tərəf, nəhayət bu məsələni təkbaşına həll etməli olmuşdur.

Xatırladaq ki, ABŞ ATƏT-in Minsk qrupunu “diriltməyə” səy göstərir. Və qrupun “turist” üzvlərinin heç bir səmərə verməyən “fəaliyyətinin” davam etməsini istəyir.

Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və ATƏT-in Minsk qrupunun həmsədri təyin etdiyini açıqlamışdi.  Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva cavab olaraq bildirmişdi ki, “Minsk qrupunun "reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər”.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN