Rüşvət almaqda təqsirləndirilərək həbs edilən vəkil Elçin Sadıqov Binəqədi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Bu barədə E.Sadıqovun vəkili Şəhla Hümbətova məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayət icraata götürülüb. Şikayətə sentyabrın 15-də hakim Zəki Babayevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, vəkil Elçin Sadıqov "Xural" İnternet kanalının rəhbəri Əvəz Zeynallı ilə birlikdə "Baku Still Company" şirkətinin sabiq rəhbəri, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda təqsirləndirilir.

E.Sadıqova qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü( külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb və onun barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN