Azərbaycan Respublikasının Baş Prokurorluğu şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun sosial mediada yayılmış birinci videoda səsləndirdiyi fikirlərlə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, sentyabrın 15-də qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun birinci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış ikinci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

"Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - məlumatda qeyd olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN