Azərbaycan regionda sülhün qorunması istiqamətində təxminən 30 il uzun bir yol qət edib və nəhayət, 2020-ci ildə 44 günlük Qarabağ müharibəsində uğur qazanıb. Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan arasında müharibəyə son qoyan üçtərəfli Bəyanatın imzalanmasını yüksək qiymətləndirib. Üçtərəfli Bəyanat təkcə münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanın böyük maraqlarına deyil, həm də sülh və firavanlığı, eləcə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə aparan dünya ictimaiyyətinin daha böyük maraqlarına cavab verir. Lakin Ermənistan tərəfindən təxribatların davam etdirilməsi heç bir çərçivəyə sığmır.

Bunu AZƏRTAC-a açıqlamasında Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab söyləyib.

Ermənistan tərəfinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində minlərlə dinc sakinin həlak olduğunu, bir milyondan artıq insanın uzun onilliklər ərzində məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edən pakistanlı ekspert deyib: “Ermənistan ordusu misli görünməmiş Xocalı soyqırımını törədib və bütün dünya bunu bilir. Bəzi beynəlxalq təşkilatların və dövlətlərin reaksiyasına baxmayaraq, ümumilikdə Ermənistan hökuməti müharibənin qarşısını almır, əksinə, 2022-ci il sentyabrın 12-13-də Ermənistan tərəfi Daşkəsən, Kəlbəcər və Laçın rayonu ərazisində təxribatlar törədib. Bütün cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 80 nəfər hərbçisi şəhid olub, 282 hərbi qulluqçu yaralanıb.

Qayser Nəvvab vurğulayıb ki, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini heçə sayan Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur. Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribat zamanı diversiya qrupları tərəfindən Azərbaycanın əraziləri minalanıb. Bu, heç bir hüquqa sığmır.

Ekspertin sözlərinə görə, sülhə, dinc yanaşı yaşamağa, firavanlığa gedən yolda həmişə maneələr olub. Bu maneələri dəf etmək işində ən böyük məsuliyyət dünya liderlərinin üzərinə düşür. Dünya birliyi hesab edir ki, sülh qlobal ləyaqətin açarıdır və yalnız sülh yolu ilə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq mümkündür.

“Biz Ermənistanın hərbi cinayətlərini qətiyyətlə pisləyirik və bu ölkəni Azərbaycan Ordusuna qarşı təxribatları dayandırmağa çağırırıq. Dünya birliyi bu təxribatları pisləməli və ədalətli qiymət verməlidir. Pakistan da Kəşmir məsələsi ilə bağlı problemlər yaşayır. Qlobal iqlim fəalı kimi bütün dünyada sülhün, firavanlığın bərqərar olmasını arzu edirəm. Qoy, bütün dünyada, həmçinin Azərbaycanda və Pakistanda da sülh, əmin-amanlıq olsun”, - deyə Qayser Nevvab vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN