Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı xüsusi hərbi əməliyyatda 5 937 hərbçinin öldüyünü bildirib.

Onun sözlərinə görə, Rusiyanın itkiləri Ukraynadan 10 dəfə azdır və yaralananların 90 %-dən çoxu xidmət yerinə qayıdıb.

Müdafiə naziri Rusiyanın təkcə Ukrayna ilə deyil, qərblə də müharibə apardığını vurğulayıb.

O, həmçini Prezident Vladimir Putinin qismən hərbi səfərbərlik elan etməsi məsələsinə də toxunaraq qeyd edib ki, ölkəsində qismən səfərbərliyə məruz qalanlar yalnız “hərbi xidmət keçmiş, xüsusi hərbi təhsil almış və ya hərbi təcrübə keçmiş şəxslər” olacaq.

Şoyqu səfərbərliyə çağırılacaq şəxslərin 1%-nin cəbhəyə göndəriləcəyini, lakin bundan öncə hərbi təlim keçəcəklərini bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 16 sentyabra olan  məlumatına görə, müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 050-yə çatıb.

Həmçinin bu müddət ərzində Rusiya - 2199 tank, 4690 zirehli döyüş maşını, 1302 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 216 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3550 avtomobil texnikası və avtosistern, 121 xüsusi texnika itirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN