Artıq neçə ildir ki, xaricdə dini təhsil alan şəxslər Azərbaycanda din xadimi vəzifəsinə təyin edilmirlər və onların dini fəaliyyəti qadağan edilib.

Bunun isə öz səbəbləri var: elə heç də uzaq olmayan Nardaran hadisələrini götürək. Başqa dövlətdə dini təhsil alanlar elə həmin dövlətin də təbliğat maşınına çevrilmişdilər. Sonuc göz önündədir... Elə indi də başqa dövlətlərin “dini inanc”larının təsiri altında olanlar az deyil.Və onlar fürsət düşdükcə öz əqidələrini büruzə verirlər. Hətta şəhidlərin dəfni zamanı çıxardıqları “oyun” da yaddan çıxmayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı xaricdə dini təhsil alanların Azərbaycanda din xadimi vəzifəsinə təyinatına  qoyulan qadağa barədə danışarkən ölkəmizdə savadlı din xadimlərinə ehtiyac olduğunu bildirib.

Lakin o, bu boşluğu xaricdə dini təhsil alanların hesabına doldurmaq istəmədiklərini də vurğulayıb. Sədr müvini açıq şəkildə bildirib ki, xarici ölkələrdə dini təhsil alanlar həmin ölkələri təqlid edəcəklər və məscidlərin minbərini belələrinə etibar etmək arzuolunan deyil.

Səyyad Salalının fikirləri ilə razılaşmamaq mümkün deyil. Mətbuatda da te-tez bununla bağlı yazılar dərc olunur.

Xatırladaq ki, bu günlərdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti Xəzər Tv-nin Gürcüstanda dini vəziyyətlə bağlı hazırladığı verilişə görə “topa tutdular” və etiraz olaraq bəyanat da yaydılar...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN