Vilayət qubernatoru Vyaçeslav Qladkov çərşənbə axşamı bildirib ki, Belqorod vilayətində əvvəllər fövqəladə vəziyyət tətbiq edilən kənddə ər-arvad naməlum hərbi sursat vasitəsilə partladılıb.

"Təəssüf ki, bizdə daha iki ölü var, bu dəfə Krasnoyarjski rayonunun Starosele kəndində. Evli cütlük naməlum tipli sursatla partladılıb", - Qladkov Telegram kanalında yazıb.

Rayon rəhbərinin sözlərinə görə, hazırda hadisə yerində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Oktyabrın 27-dən bələdiyyə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilir.

“Bir daha mülki əhaliyə, xüsusən də fövqəladə vəziyyətin tətbiq olunduğu qəsəbələrə müraciət edirəm: ərazi rəhbərlərinin razılığı olmadan bu qəsəbələrə gəlmək mümkün deyil”, - Qladkov əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN