Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Şanlıurfada dağılan və 14 nəfərin həyatını itirdiyi binanın inşaat mühəndisi Osman Ekren həbs edilib.

Tezadlar.az haberglobal-a istinadən xəbər verir ki, Şanlıurfa Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Haliliye rayonunda 14 nəfərin həyatını itirdiyi Özabacılar Mənzilinin dağıntıları altında texniki müayinə aparılıb.

İstintaq nəticəsində İstanbulda tutularaq Şanlıurfaya gətirilən sözügedən mənzilin inşaat mühəndisi Osman Ekren, günahı olduğu səbəbilə hakim tərəfindən həbs edilib.

Araşdırmalar çərçivəsində şəhərdə dağıdılan tikililərlə bağlı əvvəllər podratçılar da daxil olmaqla 8 nəfər həbs edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN