Rusiyanın Ukraynaya təcavüzünün əvvəlindən 2022-ci ilin sonuna qədər sanksiyalardan qorxan ruslar Gürcüstanda 110 minə yaxın bank hesabı açıb.

Tezadlar.az "Novosti-Georgia"ya istinadən xəbər verir ki, statistika 2022-ci il fevralın 24-dən dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət ərzində Gürcüstanda Rusiyanın fiziki şəxsləri tərəfindən 109 949, hüquqi şəxslər tərəfindən isə daha 6 hesab açılıb.

Gürcüstan Milli Bankının məlumatına görə, il ərzində ölkəyə daxil olan pul köçürmələrinin demək olar ki, yarısı Rusiyadan gəlib. Həcmlər 2022-ci ilin martından bəri çoxsaylı artıb və Ukraynaya hücumdan əvvəlki aylarla müqayisədə məbləğlərin 10 dəfədən çox artdığı may ayında pik həddə çatıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN