Avropa İttifaqı (Aİ) 11-ci sanksiyalar paketi çərçivəsində “RT Balkan”, “Oriental Review”, “Tsargrad”, “New Eastern Outlook” və “Katehon” kanallarının yayımını qadağan edib.

Tezadlar.az xəbər verir ki, sənəd Aİ Şurasının saytında dərc olunub.

“Şura daha beş media orqanının yayım lisenziyasını dayandırıb: “RT Balkan”, “Oriental Review”, “Tsargrad”, “New Eastern Outlook” və “Katehon””, – sənəddə deyilir.

Fevral ayında Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Aİ daha çox rus mediası və jurnalistləri üçün məhdudiyyətlər tətbiq edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN