İyunun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Polşa və Litva prezidentləri Anjey Duda və Gitanas Nauseda ilə görüşüb. Onlar təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tezadlar.az bildirir ki, bu barədə Zelenski birgə mətbuat konfransında məlumat verib.

Zelenski bildirib ki, o, həmkarları ilə ukraynalı əsgərlərin cəbhədəki fəal hərəkətlərini, Avropaya inteqrasiyanı və Ukraynanın sülh formulunu müzakirə edib.

“Bu gün gündəliyimizdə olan bütün aktual və təhlükəsizlik məsələlərini müzakirə etdik. Mən əsgərlərimizin hazırda cəbhədəki fəal hərəkətləri barədə məlumat verdim. Bu asan olmasa da, torpaqlarımız addım-addım azad edilir”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, bu gün Polşa Prezidenti Anjey Duda elan olunmamış səfərlə Kiyevə gəlib. Polşa Prezidenti ilə yanaşı, Gitanas Nauseda da bu gün Kiyevə gəlib. Onlar Ukrayna Konstitusiyasının qəbulunun 27-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN