Polis serjantı Vüsal Quliyev Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təlfif edilib.

TEZADLAR.AZ xəbər verir ki, polis əməkdaşı ölümündən sonra "İgidliyə görə" medalı ilə mükafatlandırılıb.

***

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilsin (ölümündən sonra).

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

***

Xatırladaq ki, bir neçə gün öncə Naxçıvan Muxtar Republikası, Babək rayonunda xidmətdən kənar vaxt ailəsi ilə Uzunoba gölünün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN