Ukraynaya 50-yə yaxın F-16 qırıcısı gətirilə bilər, çünki bu, Qərbdəki ən kütləvi hərbi təyyarələrdən biridir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev etiraf edib.

Onun fikrincə, F-16 qırıcıları Ukraynaya çatdırılsa, “çox fərq etməyəcək”. Senator bunu xüsusi əməliyyat çərçivəsində qarşıdurmanın əsas mərhələsinin yerdə baş verməsi ilə izah edib.

“Biz düşmənin hərbi obyektlərini havadan məhv edirik, çünki onun bizim qədər güclü hava hücumundan müdafiə sistemi yoxdur, ona görə də F-16 döyüş təyyarələri (Ukraynanın kifayət qədər yanacağı və ya xüsusi texnikası yoxdur) çox fərq etməyəcək”, - deyə Bondarev bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN