Türkiyə rəsmiləri çərşənbə axşamı gecə Antalya vilayətinin üç rayonunda və ölkənin daha iki vilayətində meşə yanğınlarının söndürülməsi üçün səfərbər olduqlarını bildiriblər.

 “Antalya vilayətinin Kaş, Kəmər və Taşayıl rayonlarında, həmçinin Manisa vilayətinin Saruxanlı və Kahramanmaraş vilayətinin Dülkadıroğlu kəndində (cənub-şərqdə - red.) meşə yanğınları ilə mübarizəmizi davam etdiririk”, - deyə Türkiyə Meşə Təsərrüfatı Baş İdarəsi “Twitter” səhifəsində yazıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşları meşələrə daha diqqətli olmağa və meşələrin yaxınlığında ən kiçik yanğın mənbəyinə imkan verməməyə çağırıb. Onun sözlərinə görə, artıq meşə yanğınlarının söndürülməsinə 24 təyyarə, 100 helikopter və 10 PUA, o cümlədən 25 min yanğınsöndürən cəlb olunub.

Həmçinin Rusiyadan iki amfibiya təyyarəsinin də Türkiyəyə kömək üçün gəldiyi bildirilib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN