Hadisə Platanistos və Karystos kəndləri yaxınlığında baş verib.

“Ethnos” qəzetinin məlumatına görə, polis əməkdaşları Canadair CL215 təyyarəsinin qəzaya uğradığı yerə gediblər. Nəşr vurğulayır ki, söhbət Yunanıstan təyyarəsindən gedir. Onu iki pilotun idarə etdiyi məlum olub.

Ethnos.gr. xəbər verir ki, təyyarə düşən zaman partlayış səsi eşidilib.

Rodos, Korfu (Kerkira) və Euboea adalarında meşə yanğınlarının söndürülməsi ardıcıl səkkizinci gündür Yunanıstan yanğınsöndürənləri tərəfindən aparılır.

Artıq lokallaşdırılmış yanğınların vaxtaşırı təkrar alovlanmaları baş verir.

Ən böyük yanğın iyulun 25-də Mati ərazisində yenidən qeydə alınıb. Güclü küləyin yanğını şişirtməsi vəziyyəti çətinləşdirir. Yanğınsöndürmə idarəsinin məlumatına görə, yanğın Vathidən Gennadiyə doğru gedir.

Bu gün səhər saatlarında yanğınsöndürmə briqadası yenidən işə başlayıb.

Massara və Apollon ərazilərində də yanğınlar qeydə alınıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN