Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye vilayətində müdafiəni yarmağa çalışıb, Rabotino, Novodanilovka və Novopokrovka yaşayış məntəqələri ərazisində vəziyyət gərginləşib.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski öz Telegram kanalında bildirib.

“Düşmən səhər saat dörddən müdafiəni yarmağa çalışsa da, bölmələrimizin sərt cavabı ilə üzləşib və xeyli itki verib”, - o deyib.

Balitski əlavə edib ki, Ukrayna ordusu son sutka ərzində Poloqovski, Tokmak və Vasilyevski istiqamətlərində regionun yaşayış məntəqələrini atəşə tutmağa 36 cəhd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN