Ukrayna Silahlı Qüvvələrinin (USQ) növbəti atəşi zamanı mərmi Donetskin Kirovski rayonundakı 88 saylı məktəbin futbol meydançasına düşüb.

Tezadlar.az xəbər verir ki, hadisə yerindən kadrları “İzvestiya” nəşri yayıb.

Dağılan təkcə uşaq meydançası olmayıb. Məktəb binasının pəncərələri də zədələnib. Videoda şüşəsi sındırılmış qarderob otaqları əks olunub.

Donetsk Xalq Respublikasının birgə nəzarət və koordinasiya mərkəzindəki nümayəndəliyinin məlumatına görə, iyulun 26-da səhər saatlarında ukraynalı silahlılar Donetskin Kirovski rayonuna iki dəfə atəş açıblar. Oraya üç atəş 9:25-də, daha dördü isə 9:30-da qeydə alınıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN