booked.net booked.net  

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa rəhbərliyinin və Baltikyanı ölkələrin "Vaqner" özəl hərbi şirkətinin qüvvələrini ölkədən çıxarma tələblərini "əsassız və ağılsızca" adlandırıb.

TEZADLAR.AZ xəbər verir ki, Lukaşenko bu barədə Belarusun Təhlükəsizlik Şurasının iclasında deyib.

O bildirib ki, əvvəlcə NATO kontingenti Belarusla qonşu ölkələrin ərazisindən çıxarılmalıdır.

 Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkətinin qüvvələri Belarusda "Vaqner qiyamı"ndan sonra yerləşdirilib. Belarus komandanlığı bildirib ki, "vaqner"çilər Belarus hərbçiləri ilə təcrübələrini bölüşür və birgə təlimlər keçirir.

Avqustun 25-də Lukaşenko bildirib ki, şirkətin təsisçisi Yevgeni Priqojinin ölümünə baxmayaraq, "Vaqner" döyüşçüləri Belarusda qalmağa davam edəcək.

 trend

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN