Türkiyə İran Xarici İşlər Nazirliyinin tələbi ilə ölkənin şimal-qərbində sərt eniş edən İran prezidenti İbrahim Rəisinin helikopterinin axtarışlarına kömək etmək üçün 32 nəfərlik alpinist xilasedici qrupunu İslam Respublikasına göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Hökumətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

“İran Xarici İşlər Nazirliyi vasitəsi ilə ölkəmizdən gecəgörmə sistemi ilə təchiz edilmiş xilasedicilərdən 32 nəfər alpinistimiz və Van və Ərzurumdakı əyalət idarələrimizdən 6 maşın bölgəyə gedib. Bundan əlavə, Ankara, Diyarbəkir və Konyadan olan 15 nəfərlik alpinist axtarış-xilasetmə qrupumuz yola düşməyə hazırdır”, - rəhbərlik X-də (keçmiş Twitter) açıqlamasında deyir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN