Belqorod vilayətinin Şebekino şəhərinin mərkəzinin atəşə tutulması nəticəsində üçü uşaq olmaqla 11 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

“İlkin məlumata görə, 3-ü uşaq olmaqla 11 nəfər xəsarət alıb, 15 yaşlı oğlanın aşağı ətrafının qəlpə yarası, 12 yaşlı uşağın beyin silkələnməsi var. Onlar təcili tibbi yardım briqadaları tərəfindən tibb müəssisələrinə aparılıb, onlara lazımi tibbi yardım göstərilib. 17 yaşlı oğlanın çiynində kor qəlpə yarası var, göstərilən tibbi yardımdan sonra o, ambulator müalicə alacaq”, - qubernator yazıb.

Onun sözlərinə görə, böyüklər arasında beş kişi və üç qadın bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb. Onlar təcili tibbi yardım briqadaları tərəfindən Belqoroddakı tibb müəssisələrinə aparılıb, zərərçəkənlərə bütün lazımi köməkliklər göstərilib.

Qladkov bildirib ki, şəhər çoxlu raket sistemi ilə atəşə tutulub. Atəş nəticəsində 7 çoxmənzilli yaşayış binasında dağıntı qeydə alınıb, 98 mənzildə pəncərə şüşələri sındırılıb. Həmçinin 25 avtomobil qəlpələrdən zərər görüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN