Vladimir Zelenski deyib ki, Ukrayna dəstəyinə görə ABŞ-a minnətdardır. O, X sosial şəbəkəsində (keçmiş Twitter) Amerika prezidenti Co Baydenin Kiyevə və İsrailə kömək etməyin vacibliyini qeyd etdiyi xalqa müraciətinə belə reaksiya verib.

“Güclü çıxışına görə Cozef Baydenə minnətdaram. Biz birlikdə nifrətin azadlığı, terrorçuların isə demokratiyanı məhv etməsinə icazə verməyəcəyik.

“Ukrayna ABŞ-a verdiyi dəstəyə və humanizm, azadlıq, müstəqillik və qaydalara əsaslanan beynəlxalq nizamın hər zaman qalib gəlməli olduğuna sarsılmaz inamına görə minnətdardır”, - Ukrayna lideri Vladimir Zelenski yazıb.

O əlavə edib ki, Ukrayna və ABŞ öz xalqlarının azad həyat tərzini qorumaq kimi ümumi məqsədlər güdürlər. Zelenski vurğulayıb ki, bütün dünya Amerika tərəfinin rəhbərliyinə ümid edir.

“ABŞ-ın Ukraynanın müdafiəsinə sərmayə qoyması bütün Avropa və dünya üçün uzunmüddətli təhlükəsizliyə zəmanət verir”, - deyə Zelenski yekunlaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN