İsrail Müdafiə Qüvvələri (İMQ) şənbə günü, noyabrın 4-də Livan Hizbullah hərəkatının raket anbarları və hərbi obyektlərinə hücumlar təşkil etdiyini açıqlayıb.

“Livandan İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq, son bir saat ərzində İMQ döyüşçüləri Hizbullahın... hədəflərini vururlar”, - hərbçilər Telegram-da bildiriblər.

İMQ aydınlaşdırıb ki, terrorçuların infrastruktur obyektləri, raket anbarları, eləcə də hərbi nəqliyyat obyektləri hücuma məruz qalıb.

Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında qaçqınların sığındığı məktəb binasına zərbələr endirdiyi məlum olub. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, azı 12 dinc sakin həlak olub, onlarla insan yaralanıb.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA