Nepalda baş verən zəlzələ nəticəsində azı 157 nəfər ölüb.

Bu barədə ölkə polisi sosial şəbəkədə (Twitter) məlumat yayıb.

Daha 170 nəfər yaralanıb. Yerli media qeyd edir ki, dağıntıların böyük hissəsi zəlzələ nəticəsində əlaqə kəsilən ucqar dağ yaşayış məntəqələrində baş verib, ona görə də qurbanların sayı arta bilər.

Baş nazir Puşpa Kamal Dahal 105 nəfərin həlak olduğu Cayarkot bölgəsinə səfər edib. Onunla birlikdə bir qrup həkim və hərbçi xilasetmə əməliyyatında iştirak etmək üçün hadisə yerinə gəlib. Səfərdən sonra baş nazir bütün siyasi partiyaları, eləcə də ictimai təşkilatları zərər çəkmiş rayonların sakinlərinə kömək etməyə çağırıb.

Baş nazirin müavini və daxili işlər naziri Kaji Şrestha şənbə günü Nazirlər Kabinetinin iclasına sədrlik edib. Axtarış-xilasetmə əməliyyatları üçün büdcədən 750 min dollardan çox vəsaitin ayrılması razılaşdırılıb.

Cümə günü Nepalın qərbində, episentri Cayarkot rayonunda zəlzələ baş verib. Qərbi Rukumda da əhəmiyyətli dağıntılar qeydə alınıb. ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA