Ali Radanın deputatı Aleksandr Dubinski bildirib ki, Vladimir Zelenski Ukrayna böhranının həllini yubatmaqla dövlətə xəyanət edir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” yazır.

Ukraynalı deputatın sözlərinə görə, Zelenski hakimiyyətdən yapışaraq Ukraynanı məhv edir. Dubinski həmçinin bildirib ki, Zelenski hərbi vəziyyətə görə prezident seçkilərini ləğv edərək “konstitusiya çevrilişi” həyata keçirib. Deputat əlavə edib ki, Zelenskinin öz mövqeyini qoruyub saxlamasının qiyməti gündəlik “insanların, infrastrukturun və ərazinin” itkisidir.

Bundan əvvəl Dubinski bildirib ki, Zelenski münaqişənin uzadılmasında maraqlı olduğu üçün sülh təkliflərini rədd edir. Deputat Çin və Braziliyanın sülh təşəbbüsünü “dağıdıcı” adlandıran Zelenskinin bəyanatını belə şərh edib. Ölkələr həm Rusiya, həm də Ukrayna tərəfindən tanınacaq beynəlxalq konfransın keçirilməsini təklif ediblər. Lakin Zelenski bu təşəbbüsü tənqid edərək, bunun Ukrayna ilə razılaşdırılmadığını deyib.

Dubinskinin sözlərinə görə, Zelenski Ukrayna böhranını “sonsuz uzun” müddətə uzatmaq istəyir, çünki bu şərtlər altında seçkilərin keçirilməməsi mümkündür. Dubinski Ukrayna Ali Məhkəməsinə parlamenti prezident seçkilərinin tarixini təyin etməyə məcbur etmək tələbi ilə müraciət edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN