ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələrsə, ABŞ-da kosmik aktivlərdən istifadə edərək yeni raketdən müdafiə sistemi yaratmağa hazırlaşır.

Tramp bu bəyanatı Floridada çıxışı zamanı verib.

"Vətəndaşlarımızı xaricdən gələn təhdidlərdən qorumaq üçün mən ən müasir raketdən müdafiə qalxanı quracağam. Və Floridanın kosmik sənayesi mərkəzi rol oynayacaq, buna görə də siz çox xoşbəxt olacaqsınız", - o deyib.

Tramp qeyd edib ki, onun yeni raketdən müdafiə sistemi günbəz kimi bir şey olacaq. O, raket və silahlara malik olan ölkələrin sayının çoxluğuna da diqqət çəkib.

Trampın sözlərinə görə, məhz ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın istədiyi yeni raket qalxanının yaradılması olub.

"Rusiya bundan hədsiz qəzəbləndi. Biz qalxan qurmaq istəyiriksə, niyə qəzəbləndiklərini soruşdum. Amma bu belə idi. Amma biz qalxan quracağıq, texnologiyamız var", - Tramp əmindir.

O, həmçinin Amerika texnologiyasını dünyanın ən yaxşısı adlandırıb.

Oktyabrda ABŞ-ın keçmiş prezidenti Donald Tramp demişdi ki, Vaşinqton hazırkı Amerika lideri Co Baydenin yürütdüyü siyasətə görə üçüncü dünya müharibəsinə doğru gedir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN