Avropanın "Cadet Circuit" turnirinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən mərhələsində yeniyetmə qılıncoynadanımız Leyla Əhmədova bürünc medal qazanıb.

Tezadlar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Son yarış günündə qılıncoynatmanın sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Leyla Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub.

Yarımfinala finala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri üçüncü sırada başa vurub.

R.XUDATQIZI

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN