O biri dünyalar haqqında...
Günlərin bir günü Zərdüşt də öz arzusunu bütün o biri dünyadakılar kimi insanın o biri tərəfinə yönəltdi. O zaman dünya mənə əzab çəkən Tanrının bir aktı kimi görünürdü.
Sonra dünya mənə yuxu və Tanrının poetik yaradıcılığı kimi göründü: İlahi narazı bir insanın gözləri qarşısında rəngarəng tüstü.
Xeyir və şər, sevinc və iztirab, mən və sən - hər şey Yaradanın gözü qarşısında mənə rəngarəng tüstü kimi görünürdü. Yaradan baxışlarını özündən uzaqlaşdırmaq istədi və sonra dünyanı yaratdı.
Əzab çəkənin baxışlarını çəkdiyi iztirabdan çevirib özünü unutması məstedici sevincdir. Bir vaxtlar dünya mənə məstedici sevinc və özünü unutmaq kimi görünürdü.
Əbədi olaraq qeyri-kamil olan bu dünya, əbədi ziddiyyətin əksi və qeyri-kamil surət - özünün qeyri-kamil Yaradanının məstedici sevinci - o vaxtlar dünya mənə belə görünürdü. Beləliklə, bir gün mən də bütün o biri dünyalardakılar kimi öz arzumu insanın o biri tərəfinə yönəltdim. Doğrudanmı bu, insanın o biri tərəfidir?
Ah, qardaşlarım, mənim yaratdığım bu Tanrı bütün tanrılar kimi insan dühasının və ağılsızlığının məhsulu idi!
O, bir insan idi və üstəlik, insanın və Mənim yalnız kasıb bir hissəsi idi: öz külümdən və alovumdan gəldi və mənə bir kabus kimi göründü! Və o biri dünyadan gəlməmişdi!
Nə baş verdi, qardaşlarım? Özümü əziyyətə düçar etdim, öz külümü dağa apardım, özümə daha işıqlı bir alov tapdım. Və budur! Kabus məndən uzaqlaşdı!
İndi sağalmış bir insanın belə kabuslara inanması mənim üçün əzab və alçaldıcı olardı. O biri dünyadakılara da belə deyirəm.
Bütün digər dünyalar əzab və gücsüzlük və yalnız ən çox əziyyət çəkənlərin yaşadığı xoşbəxtliyin qısa ağılsızlığı ilə yaradılmışdır.
Bir sıçrayış, ölüm sıçrayışı ilə sona çatmaq istəyən yorğunluq, cəhalətin yoxsul yorğunluğu, artıq istəmək istəməyən: bütün tanrıları və o biri dünyaları o yaratdı.
Mənə inanın, qardaşlarım! Bədəndən ümidini kəsən bədən, aldanmış ruhun barmaqları ilə son divarları əlləyir.
Mənə inanın, qardaşlarım! Yer üzündə çarəsiz qalan bədən varlığın bətninin necə yayımlandığını eşitdi.
O zaman o, başı ilə, təkcə başı ilə deyil, son divarları yarmaq və “o biri dünyaya” keçmək istədi.
Lakin “o biri dünya” insandan, səmavi Heçliyi təşkil edən bu qeyri-insani, qeyri-insani dünyadan tamamilə gizlidir; varlıq bətni isə insanla ancaq insanın səsi ilə danışır.
Həqiqətən, hər bir varlığı sübut etmək və onu yayımlamağa məcbur etmək çətindir. Qardaşlarım, mənə deyin görüm, bütün şeylərin ən ecazkarı daha yaxşı sübut olunmurmu?
Bəli, Mən və onun ziddiyyəti və qarışıqlığı varlıq barədə ən düzgün danışırıq: bu yaradıcı, istəyən və qiymətləndirən, şeylərin ölçüsü və dəyəri olan Mən.
Mən- ən doğru varlıqdır. Mən - yaradanda, arzulara dalanda, qanadları qırılanda belə bədəndən danışır və bədənə can atır.
Getdikcə Mən daha doğru fikir söyləməyi öyrənir və nə qədər çox öyrənirsə, bədəni və torpağı tərifləmək üçün bir o qədər çox söz tapır.
Öz “Mən”im mənə yeni bir qürur öyrətdi və mən də onu insanlara öyrədirəm: bir daha başını səmavi şeylərin qumnda gizlətmə, onu – bəşəri, yerin mənasını yaradan başını məğrur tut.
İnsanlara yeni bir iradə öyrədirəm: bir insanın kor-koranə getdiyi yolla getmək və onu tərifləmək və xəstə və can verənlər kimi ondan bir daha uzaqlaşmamaq!
Xəstə və can verənlər bədənə və yerə nifrət edənlər, göyü və xilasedici qan damcılarını icad edənlər idi. Lakin onlar hətta bu şirin və tutqun zəhərləri bədəndən və yerdən götürdülər!
Onlar yoxsulluqlarından xilas olmaq istəyirdilər, lakin ulduzlar onlar üçün çox uzaq idi. Sonra ah çəkdilər: “Ah, başqa bir varlığa və xoşbəxtliyə gizlicə qovuşmaq üçün səmavi yollar olsaydı!” O zaman onlar öz əfsanələrini uydurdular və qanlı içkilərini icad etdilər!
Bu nankorlar bədənlərindən və bu torpaqdan imtina etdiklərini xəyal etdilər. Bəs onlar öz imtinalarının sarsıntılarını və xoşbəxtliyini kimə borcludurlar? Öz bədənlərinə və bu torpağa.
Zərdüşt xəstələrə qarşı mərhəmətlidir. Həqiqətən, o, onların təsəlli üsullarına və nankorluqlarına qəzəblənmir. Qoy onlar sağalsınlar və pisliklərini dəf edib özləri üçün daha ali bir bədən yaratsınlar!
Zərdüşt öz arzusuna həssaslıqla baxan və gecə yarısı Tanrısının məzarına gizlincə yaxınlaşan sağalmış birinə də qəzəblənmir. Ancaq onun göz yaşları mənim üçün xəstəlik və xəstə bədən olaraq qalır.
Xəyallara qapılan və Allaha aludə olanlar arasında həmişə çoxlu xəstə insanlar mövcud olub.Onlar dərk edənə və fəzilətlərin düzgünlük adlanan ən kiçiyinə nifrət edirlər.
Onlar həmişə qaranlıq vaxtlarda geriyə baxırlar. o zaman həqiqətən arzu və iman başqa şeylər idi, idrakın qəzəbi tanrı kimi, şübhə isə günah idi.
Mən bu özlərini allaha bənzədilənləri çox yaxşı tanıyıram. Onlar istəyirlər ki, hamı onlara inansın və şübhə etmək günah sayılsın. Mən də onların ən çox nəyə inandığını çox yaxşı bilirəm.
Həqiqətən, onlar o biri dünyalara və xilasedici qan damcılarına deyil, bədənə ən çox inanırlar və öz bədənlərinə özündə şey kimi baxırlar.
Ancaq bu, onlar üçün ağrılı bir şeydir - və onlar çox bir həvəslə dəridən-qabıqdan çıxa biərlər. Ona görə də onlar ölüm təbliğatçılarına qulaq asır, özləri isə o biri dünyaları təbliğ edirlər.
Qardaşlarım, sağlam bədənin səsinə daha yaxşı qulaq asın: bu daha doğru və daha təmiz səsdir.
Sağlam, mükəmməl bir bədən daha doğru və təmiz və yer üzünün mənasından danışır.
Zərdüşt belə dedi.
Bədənə nifrət edənlər haqqında
Mən bədənə nifrət edənlərə sözümü demək istəyirəm. Onlar yenidən öyrənməməli və məni yenidən öyrətməməli, yalnız öz bədənləri ilə vidalaşmalı və beləliklə lal olmalıdırlar.
“Mən bədən və ruham” - uşaq belə deyir. Niyə uşaqlar kimi demirik?
Ancaq oyanan, bilən deyir: Mən başqa heç nə, yalnız bədənəm. Ruh isə bədəndə nəyisə bildirən sözdür.
Bədən böyük bir idrak, bir şüurlu çoxluq, hərb və sülh, sürü və çobandır.
Bədəninin aləti də sənin kiçik ağlındır, qardaşım. Sən bu kiçik alətə, böyük idrakının oyuncağına “ruh” deyirsən.
Sən “Mən” deyir və bu sözlə fəxr edirsən. Ancaq ondan daha üstün olan inanmaq istəmədiyin şey idrakı olan bədənindir. O, “Mən” demir, o, “Mən” edir.
Hiss nə hiss edir və ağıl nə dərk edir – Heç vaxt özündə məqsəd daşımır. Ancaq hiss və ağıl səni hər şeyin məqsədi olduğuna inandırmaq istəyir. Beləcə, onlar bu qədər lovğadırlar.
Alət və oyuncaq hiss və ağıldır: onların arxasında “Özü” durur. “Özü” həm də hisslərin gözü ilə axtarır, ruhun qulağı ilə də dinləyir.
“Özü” həmişə dinləyir və axtarır: müqayisə edir, tabe edir, fəth edir, məhv edir. O, hakimdir və hətta “Mən” üzərimdə ağadır.
Qardaşım, sənin düşüncə və hisslərinin arxasında daha qüdrətli bir hökmdar, naməlum bir müdrik dayanır - ona “Özü” deyirlər. O, sənin bədənində yaşayır, o, sənin bədənindir.
Sənin “Özü”n “Mən”inə və onun qürurlu sıçrayışlarına gülür və özü-özünə deyir: “Fikirlərimin bu sıçrayışları və uçuşları nəyimə gərəkdi?” Onlar məqsədimə gedən yoldur. Mən onun anlayışları üçün köməkçi və suflyor kimi xidmət edirəm.”
“Özü”n “Mən”ə deyir: “Burada ağrı hiss et!”Və budur, o əziyyət çəkir və bir daha əziyyət çəkməmək barədə düşünür. Bunun üçün o düşünməlidir.
“Özü”n “Mən”ə deyir: “Burada sevinc hiss et!” Və budur, o sevinir və daha çox sevinməyi düşünür. Bunun üçün o düşünməlidir.
Bədənə nifrət edənlərə bir söz demək istəyirəm. Onlar nifrət etdiklərini mükafatsız qoymurlar. Mükafatı, nifrəti, dəyəri, iradəni nə yaratdı?
“Özü” nü yaradan özü üçün hörmət və nifrət, sevinc və kədər yaratdı. Bədəni yaradan ruhu özünə iradə aləti kimi yaratdı.
Siz ey bədənə nifrət edənlər siz, hətta ağılsızlığında və nifrətinizdə belə, “Özü”nüzə xidmət edirsiniz. Sizə deyirəm: sənin “Özü” n ölmək istəyir və həyatdan uzaqlaşır.
Artıq o, ən çox istədiyini edə bilmir, özündən sonra yaratmağı bacarmır. Onun ən çox istədiyi budur, bütün ehtirası bununla bağlıdır.
Amma indi bu onun üçün çox gecdir. Budur, sizin “Özü”nüz məhv olmaq istəyir, ey bədənə nifrət edənlər. Çünki siz artıq özünüzdən sonra yarada bilmirsiniz.
Buna görə də siz həyata və yer üzünə qəzəblənirsiniz. Şüursuz paxıllıq sizin nifrətinizin yan baxışında parlayır.
Mən sizin yolunuzla getmirəm, ey bədənə nifrət edənlər! Mənim üçün sən fövqəlinsana aparan körpü deyilsən!
“Özü” nüz ölmək istəyir və buna görə də bədənə nifrət etməyə başladınız”. Çünki artıq özünüzü daha da inkişaf etdirə bilmirsiniz.
(Ardı var)
Tərcümə etdi: Şakir QURBANOV