Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 №-li kitabxana fililaında "COP29 möhtəşəm tədbirdir" adlı tədbir keçirilib.

Qurumdan Tezadlar.az-a verilən məlumata görə, Azərbaycanda keçiriləcək COP29 tədbiri haqqında kitabxana filialının müdiri Kamilə Novruzova və böyük kitabxanaçı Hilanə Babayeva iştirakçılara ətraflı məlumat veriblər.

K.Novruzova çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 haqqında demişdir: "COP29-a sahiblik edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu Beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətin əlaməti hesab edirik".    

Sonda kitabxana filialının əməkdaşları tədbirə qatılan Telman Abbasov adına 225 №-li tam orta məktəbin şagirdləri ilə birlikdə kitabxananın önündə yerləşən "Yasamal Rayon Şəhidləri" Xatirə Kompleksində ağacların, güllərin və həyətyanı sahənin sulanması və  təmizlənməsində iştirak ediblər.

461458363_1284873655833901_7728952084563309600_n

461575883_1284873849167215_1173710188521324188_n

461524910_1284873505833916_6807498815546690056_n

461507639_1284871562500777_955426789006209286_n

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN