ABŞ prezidentliyinə müstəqil namizəd Kornel Uest hesab edir ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden artan tənqidlər səbəbindən qəfildən namizədliyini geri götürə bilər.

Bu barədə “Politico” yazır.

Sorğulara görə, ABŞ vətəndaşları Baydenin iqtisadi və miqrasiya məsələlərində, eləcə də Ukraynaya hərbi yardımla bağlı siyasətindən narazılıqlarını bildirirlər. Bundan əlavə, amerikalılar arasında hazırda 81 yaşı olan Co Baydenin yaşı ilə bağlı narahatlıq artır.

Kornel Uest şübhə edirdi ki, ABŞ-ın hazırkı prezidenti onun siyasəti ilə bağlı demək olar bütün sahələrdə - iqtisadi vəziyyətdən tutmuş Ukrayna və Qəzza zolağındakı münaqişələrə qədər artan tənqid və narazılıqlara tab gətirə bilər.

Onun fikrincə, Co Bayden “qazı tükənib” və 1968-ci ildə namizədliyini geri götürən prezident Lindon Conson kimi xalqı təəccübləndirə bilər.

“Mən sadəcə olaraq deyirəm ki, vəziyyətin qeyri-sabitliyini nəzərə alaraq, ehtimalı istisna etmirəm”, - müstəqil namizəd bildirib.

ABŞ-ın milli sorğularına əsasən, Co Baydenin əsas rəqibi hesab edilən Ağ Evin keçmiş rəhbəri Donald Tramp artıq onu qabaqlayır. Media onun vəzifədən getdiyi vaxtdan sonra qarşıdan gələn prezident seçkilərində qalib gəlmək şansının daha çox olduğuna inanır.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN