Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “International Affairs” jurnalına müsahibəsində ABŞ-ın nüvə silahı sınaqlarını bərpa edəcəyi təqdirdə Moskvanın da eyni şəkildə cavab verəcəyini bildirib.

"Nüvə sınaqları ilə bağlı deyə bilərəm ki, ABŞ onları bərpa etsə, bizdən eyni cavabı alacaqlar", - Ryabkov deyib.

Diplomatın sözlərinə görə, Vaşinqton bu yaxınlarda dəfələrlə Amerika rəhbərliyinin belə planlarının olmadığına işarə edərək, ABŞ-ın öz sınaq meydançası ilə bağlı şəffaflıq nümayiş etdirməyə hazır olduğunu qeyd edib. "Ancaq bu gün niyyət yoxdur, amma sabah onlar görünə bilər", - o deyib.

Bundan əvvəl Rusiya XİN rəhbərinin müavini artıq qeyd edib ki, Vaşinqton nüvə sınaqlarının bərpası mövzusunda Moskvanın gücünü sınamağı zəruri hesab edirsə, yanılır.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN