Niderland Bolqarıstanın Şengen zonasına daxil olması ilə bağlı etirazını geri götürüb.

TEZADLAR.AZ verir ki, bu barədə dövlət katibi Erik van der Burq bildirib.

Beləki, əvvəllər Niderland Bolqarıstanın müəyyən edilmiş meyarlara cavab vermədiyini əsas gətirərək, kifayət qədər uzun müddət ərzində Bolqarıstanın Şengenə qəbulunu əngəlləyib. Xüsusilə sərhəd nəzarətinin düzgün aparılması, korrupsiyaya qarşı mübarizə və konstitusiya normalarının demokratik prinsiplərə uyğunluğu müzakirə edilib.

“Biz müəyyən etdik ki, Bolqarıstan bütün zəruri konstitusiya islahatlarını həyata keçirib. Bunun əsasında belə nəticəyə gəlmək olar ki, Bolqarıstan Şengenə qoşulmaq üçün bütün tələblərə cavab verir", - van der Burq vurğulayıb.

Xatırladaq ki,  Şengen razılaşması - gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi  -Belçika, Niderland, Lüksemburq, Fransa, AFR arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşmadır və 26 mart 1995-ci ildən qüvvəyə minmişdir.

Razılaşmadan sonra Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.

Şengen zonasına üzv dövlətlərin sayı ilbəil artmaqdadır və 30-a çatıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN