İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi zərbə nəticəsində “Əl-Cəzirə” telekanalının operatoru ölüb, həmkarı isə yaralanıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Telekanalın məlumatına görə, jurnalist Vael Daduh və operator Samer Abudaka Xan Yunisdəki məktəbdən reportaj hazırlayarkən şəhər İsrailin hücumuna məruz qalıb. Abudaka öldürülüb, həmkarı Daduh isə yaralanıb.

 Bundan əvvəl WAFA xəbər agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Xan Yunisin bir neçə bölgəsinə,  həmçinin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələhdə Birləşmiş Millətlər Təşkilatının Yaxən Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəblərindən birinin yerləşdiyi əraziyə də hücum etdiyini bildirmişdi.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN