Rusiyanın elektron müharibə (EW) sistemləri Zaporojye vilayətinin Kamenko-Dneprovski rayonunda Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə rayonun əməliyyat xidmətlərindən məlumat verilib.

"Kamensko-Dneprovski rayonunun Vodyanoye kəndində Şçorsa küçəsində aparılan elektron döyüş işləri nəticəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA yerə düşərək partladılıb. Yerli sakinlərdən birinin dayanmış avtomobilinə ziyan dəyib. İlkin məlumata görə, tələfat qeydə alınmayıb”, - əməliyyat xidmətlərinin nümayəndəsi bildirib.

Xəbər verildiyi kimi, dekabrın 15-də axşam saatlarında Xerson vilayətində Geniçesk bələdiyyə dairəsi üzərində Ukrayna Silahlı Qüvvələrinin kütləvi zərbəsini dəf edərkən Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri azı 12 Ukrayna İHA və 6 raket vurub.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN