booked.netbooked.net booked.net  

İsveçin baş naziri Ulf Kristersson məktubunda macar həmkarı Viktor Orbanla Stokholmun NATO-ya qəbulu ilə bağlı fevralın 1-də Brüsseldə görüş keçirməyə razılaşıb.

Bu barədə “SVT Nyheter” telekanalı məlumat yayıb.

“Mən hər ikimiz üçün əlverişli vaxtda Budapeştdə sizinlə bütün bu məsələləri daha ətraflı müzakirə etməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Avropa Şurasının Brüsseldə keçiriləcək mühüm toplantısında da görüşmək imkanımız olacaq”, - deyə İsveç baş naziri məktubunda qeyd edib.

Bundan əvvəl Orban Kristerssonu ikitərəfli görüş keçirməyə və İsveçin NATO-ya daxil olmasını müzakirə etməyə dəvət edib.

​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN