booked.netbooked.net booked.net  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini rəsmən təsdiqləyib.

Bu barədə yanvarın 25-də rəsmi hökumət qəzeti olan “Resmi Gazete” məlumat yayıb.

“İsveçin NATO-ya daxil olması haqqında protokolun ratifikasiyasını təsdiq edən prezident fərmanı Hökumətin rəsmi qəzetində dərc olunub”, - deyə məlumatda bildirilir.

Beləliklə, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi prosesi rəsmən başa çatıb. Bu barədə Türkiyə hökumətinin bülleteni məlumat yayıb.

Ötən il dekabrın sonunda Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətini təsdiqləyib. Türkiyə Böyük Millət Məclisi (Parlament) yanvarın 23-də İsveçin Şimali Atlantika Alyansına üzvlüyünü ratifikasiya etmək üçün səs verib. Türkiyə parlamentinin bu qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İsveçin guya özünü qorumaq üçün NATO-ya üzv olmaq qərarının Avropadakı hakim dairələrin deqradasiyasının bariz nümunəsi olduğu qənaətində olduğunu bildirib.

​ E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN