booked.netbooked.net booked.net  

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bloomberg”-ə bildirib ki, Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə açıq olub, hazırdır və olacaq.

“Prezident Putin dəfələrlə bəyan edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıq olub, hazırdır və olacaq”, - o deyib.

Peskov əlavə edib ki, Moskva öz məqsədlərinə çatmaqda qərarlıdır, lakin bunu diplomatiya yolu ilə etməyə üstünlük verir. Əks halda, xüsusi hərbi əməliyyat bütün vəzifələr həll olunana qədər davam edəcək, -Kreml nümayəndəsi vurğulayıb.

Eyni zamanda, Amerika rəsmiləri Rusiyanın danışıqlara hazır olması ilə bağlı mövqeyində dəyişiklik görmədiklərini iddia edirlər.

ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Adrienne Uatsonun sözlərinə görə, Kiyev Moskva ilə danışıqların nə vaxt və necə aparılacağına qərar verəcək.

Öz növbəsində, ABŞ dövlət katibi Entoni Blinken Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, Moskva danışıqlara və xoşməramlı qarşılıqlı fəaliyyətə hazır olduğunu nümayiş etdirməlidir. Onun fikrincə, xüsusi hərbi əməliyyatın başlanması Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi kimi əsas prinsipləri şübhə altına alır, agentlik qeyd edir.

Daha əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, Qərb Rusiyanın NATO ölkələrinə hücum planları barədə məlumatı “atmaqla” Rusiyanı xüsusi əməliyyatın məqsədlərindən əl çəkməyə məcbur etməyə çalışır. Onun fikrincə, bu cür bəyanatlar informasiya müharibəsinin tərkib hissəsidir və Moskvanı Şimali Atlantika Alyansı ilə mümkün toqquşma ilə qorxutmaq cəhdidir.

​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN