booked.netbooked.net booked.net  

Son illərdə mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bir daha xatırladılıb ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfər vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3-ü jurnalist olmaqla, 65 nəfər həyatını itirib. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.

Eyni zamanda, vurğulanıb ki, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduqları kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN