NATO çərçivəsində müvafiq qərar qəbul olunarsa, Latviya öz qoşunlarını Ukraynaya göndərmək imkanını nəzərdən keçirməyə hazırdır.

Bu barədə çərşənbə günü Latviya Müdafiə Nazirliyinin nümayəndəsi Almaniyanın “DPA” xəbər agentliyinin sorğusuna cavab olaraq bildirib.

"Latviya Ukraynaya dəstəyi gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirməkdə davam edir. Əgər NATO müttəfiqləri arasında Ukraynaya qoşun yeritmək barədə razılıq əldə olunarsa, Latviya onun iştirakının mümkünlüyünü nəzərdən keçirəcək", - agentlik Baltikyanı respublikanın hərbi idarəsinin nümayəndəsinin sözlərini sitat gətirib.

Bazar ertəsi Fransa prezidenti Emmanuel Makron NATO ölkələrinin gələcəkdə Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib. Fransa liderinin bu bəyanatına cavab olaraq əksər alyans ölkələri belə bir addımın mümkünlüyünü rədd ediblər.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN