Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Taxistziri kəndi yaxınlığında, işğal altındakı ərazidə bir nəfər Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.

Tezadlar.az Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytına istinadla bildirir ki, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.

Məlum olur ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. "Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür", -deyə rəsmi bəyanatda deyilir.

Onu da qeyd edək ki, belə qanunsuz həbslər Gürcüstan ərazisində 2014-ğü ildən məskunlaşmış Rusiya hərbçiləri tərəfindən müntəzəm olaraq həyata keçirilir. Bu isə iki ölkə arasında olan gərginliyi bir az da artırır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN