Fransada seçkilərin nəticələri respublikada demokratiyanın qələbəsini əks etdirir.

Tezadlar.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili X sosial şəbəkəsində səsvermənin nəticələrini belə şərh edib.

“Bravo, Fransa. Demokratiya, Avropa və insan ləyaqətinə səsvermə Fransanın qələbəsidir”, - S.Zurabişvili yazır.

O əlavə edib ki, seçkilərin nəticələri Rusiyaya qarşı çıxan beynəlxalq qüvvələrin maraqlarını əks etdirir.

Bundan əvvəl Dövlət Duması Fransa prezidenti Emmanuel Makronun ölkədə keçirilən növbədənkənar parlament seçkilərində məğlub olduğunu bəyan edib. Parlamentin spikeri Vyaçeslav Volodinin sözlərinə görə, fransızlar Makrona yox, hər kəsə səs verməyə hazırdırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN