Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Hirkan Milli Parkında “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə mümkün yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən aidiyyəti qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hirkan Milli Parkın əməkdaşları iştirak ediblər.

Nazirliyin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, tədbir zamanı çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi, bu istiqamətdə davamlı maarifləndirmə işlərinin aparılmasının faydası tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin praktiki hissəsində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının müvafiq qüvvələri cəlb edilməklə şərti meşə yanğınının söndürülməsi, eyni zamanda meşəətrafı ərazidə 6-8 metrlik məsafənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə iştirakçılara nümayiş etdirilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN