2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə komando hazırlığı üzrə məşğələlər keçirilir.

MN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, məşğələlər zamanı kursantlara mühəndis kəşfiyyatı üsullarının aparılması qaydaları öyrədilir, eləcə də onların fərdi hazırlığı və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə praktiki çalışmalar yerinə yetirilir.

Hərbi institutun kursantları qarşıya qoyulan tapşırıqların icrası zamanı fəallıq nümayiş etdirirlər.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN