Hacıqabul rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub. Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN