Paris məhkəməsi Durovun işi üzrə dinləməni hələ təyin etməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, Moskva vaxtı ilə saat 21:00-da Durovun həbsdə saxlanmasının mümkün olan maksimum müddəti başa çatacaq.

Bundan əvvəl “Le Canard Enchaîné” satirik qəzeti Durovun Fransa prezidenti Emmanuel Makronla şam yeməyinə uçduğunu yazmışdı.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib.

Fransa polisi “Reuters” agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.

Prokurorluq aydınlaşdırıb ki, Durov 12 cinayətdə ittiham olunan “adı açıqlanmayan şəxs”lə bağlı aparılan istintaq çərçivəsində dindirilir. İş iyulun 8-də açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN