İnterpol keçmiş Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Andrey Naumovu axtarışa verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Mirror of the Week” nəşri məlumat yayıb.

Keçmiş məmur 2019-2021-ci illər arasında yüksək dövlət vəzifəsində çalışarkən 3,2 milyon qrivnadan (28 avqust tarixinə olan məzənnə ilə 7 milyon rubl) dələduzluqda şübhəli bilinir.

“Keçmiş UTX generalı 2022-ci il iyunun 7-də içərisində 592 min avro, 120 min dollar və iki qiymətli daş olan avtomobillə Serbiyadan Şimali Makedoniyaya keçmək istəyərkən saxlanılıb”, - nəşr xəbər verir.

Serbiya Respublikası Məhkəməsi Naumovun Ukraynaya ekstradisiya edilməsindən imtina edib, hesab edib ki, orada keçmiş UTX generalına qarşı cinayət işi siyasi motivlərlə əsaslandırıla bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN