Baş Prokurorluq bəzi media saytlarında Firdovsi Vəliyev adlı şəxsin rəhbəri olduğu şirkətə məxsus nəqliyyat vasitəsinin ələ keçirilməsi ilə əlaqədar müraciətlərinə baxılmaması, vətəndaş qəbulunda iştirak edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilməsi ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Firdovsi Bəhram oğlu Vəliyev müraciətlərində rəhbəri olduğu dərman preparatları firmasına məxsus nəqliyyat vasitəsinin idarə edilməsinə dair Goranboy şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olan Xəyyam Nəriman oğlu Rəhimov ilə 2022-ci ilin sentyabr ayında aralarında yaranmış narazılıqdan sonra sonuncuya verdiyi etibarnamənin müddətinin bitməsinə baxmayaraq, avtomobilin ələ keçirilməsini göstərib.

Həmin müraciət üzrə Goranboy rayon prokurorluğunda aparılmış araşdırma zamanı vətəndaşın bildirdiyi xüsusatlar öz təsdiqini tapmayıb və hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməyib.

Eyni zamanda, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə saxta dövlət qeydiyyat nişanının bağlanılaraq idarə edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılmaqla hər hansı qanunsuzluq faktı aşkar edilməyib.

Vətəndaş müraciətləri ilə əlaqədar prokurorluq orqanlarında qəbul edilməklə ona aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib.

Baş Prokurorluq media subyektlərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN